Adambaşına 10-15 manat - Builki fitrə zəkatının miqdarı


Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurası Ramazan ayının başlaması ilə bağlı fətva verib.

Turkustan.az-ın məlumatına görə, fətvada deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə fevral ayının 19-na təsadüf edəcək.

“Bir daha din xadimlərimizə xatırlatmaq istərdik ki, iftardan öncə məclislərdə ehsan verilməsi qəti qadağandır, çünki Allahın hökmü, Peyğəmbərin (s) əmri ilə ehsan adı ilə iftardan əvvəl süfrə açılması şəri baxımdan haram əməldir. Din xadimləri bu qaydalara riayət olunmasına görə məsuliyyət daşıyırlar və şəri baxımdan buna cavabdehdirlər”.

Fətvada tövsiyə edirilib ki, Novruz çərşənbələrinin axşamlarında açılan süfrələr iftar saatlarına uyğunlaşdırılsın və bununla da xalqımız həm Ramazanın, həm də Novruzun sevinc və bərəkətlərinə qovuşsun.

Builki Ramazan təqviminə görə, Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərindədir.

Ramazan bayramı 20 marta təsadüf edəcək.

Fətvada bildirilib ki, fitrə zəkatının miqdarı adambaşına 10-15 manat civarında müəyyən olunur./modern.az


MANŞET XƏBƏRLƏRİ