Zelenski Cenevrədə danışıqları yekunlaşdırdı: Monitorinqdə irəliləyiş var


Ukrayna prezidenti Volodimir Zelenski Cenevrədə keçirilən danışıqlardan sonra bildirib ki, hərbi məsələlərdə, xüsusilə atəşkəsə nəzarət mexanizmi ilə bağlı irəliləyiş var, lakin siyasi məsələlərdə tərəflərin mövqeləri fərqli olaraq qalır.

Turkustan.az xəbər verir ki, dövlət başçısı jurnalistlərə açıqlamasında deyib: “Əgər siyasi iradə varsa, hərbçilər atəşkəsə və müharibənin dayandırılmasına necə nəzarət ediləcəyini başa düşürlər. Demək olar ki, bütün məsələlər üzrə razılıq əldə olunub. Monitorinq mütləq Amerika tərəfinin iştirakı ilə aparılacaq. Bu, konstruktiv siqnaldır”.

Siyasi məsələlərə – xüsusilə ərazilər və Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) istifadəsinə – gəlincə isə, Zelenski qeyd edib ki, bu istiqamətdə mövqelər hələ də fərqlidir.

“Yəni, hərbi istiqamətdə irəliləyiş var. Siyasi istiqamətdə dialoq aparılıb və danışıqları davam etdirmək barədə razılıq əldə olunub. Lakin burada hərbi sahədəki qədər irəliləyiş yoxdur”, – deyə Prezident bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ