ABŞ-ın Brüsseldəki səfiri Bill Uayt Belçika hökumətini Vooruit Partiyasının lideri Konner Russonun ABŞ prezidenti Donald Trampı Adolf Hitlerlə müqayisə etdiyi iddia edilən sözləri dərhal pisləməyə çağırıb.
Turkustan.az xəbər verir ki, Flamand mətbuatında yer alan xəbərlərə görə, Uayt xarici işlər naziri Maksim Prevota ünvanladığı məktubda hökuməti Vooruit Partiyasının lideri Russonu ABŞ haqqında "böhtan xarakterli açıqlamalarına" görə "dərhal" qınamağa çağırıb.
Məktubda Uayt bildirib ki, "Amerika Birləşmiş Ştatları Vooruit prezidenti cənab Konner Russonun bu rəsmi şikayətini böyük narahatlıqla təqdim edir. Cənab Russonun ötən həftə yayımladığı və ABŞ prezidentini Hitlerlə müqayisə etdiyi video tamamilə məntiqsiz və qəbuledilməzdir."
Aytən Yaşar/ Turkustan.az