Çimərliklərdə yeni QADAĞA niyə var? - Qayda pozsanız...


Daxili İşlər Nazirliyi çimərliklərlə bağlı yeni xəbərdarlıq yayıb. Qurumun rəsmi məlumatında bildirilir: “Çimərliklərdə moped, motosiklet, kvadrovelosiped və at sürmək qadağandır.”

Mövzu ilə bağlı nəqliyyat eksperti Fərhad Eyyubov Yenisabah.az-a açıqlamasında bildirib ki, bu cür qadağalar insanların təhlükəsizliyi baxımından olduqca vacibdir:

“Çimərliklər insanların çox toplaşdığı ərazilərdir. Lakin bu zonalarda nəqliyyat vasitələrinin hərəkətini tənzimləyən yol nişanları və ya xüsusi infrastruktur demək olar ki, yoxdur. Bu isə qəza riskini artırır”.

Ekspertin sözlərinə görə, mövcud yol hərəkəti qaydalarına əsasən, şəhər kənarı yol olmadığı hallarda sürət həddi maksimum 20 km/saat olmalıdır:

“Çimərliklərdə tətbiq olunan bu məhdudiyyətlər insanların rahatlığı və təhlükəsizliyi üçün nəzərdə tutulub. Eyni zamanda, ictimai asayişin qorunmasına da xidmət edir”.


MANŞET XƏBƏRLƏRİ