Temperatur 45 dərəcəyə yüksələcək


Türkiyədə havanın temperaturunun kəskin yüksələcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Turkustan.az Publika.az-a istinadən xəbər verir ki, Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bununla bağlı sosial media hesabında paylaşım edib.

Nazir bildirib ki, iyulun 19-dan etibarən bir həftə ərzində Türkiyədə havanın temperaturunun 6-12 dərəcə artacağı proqnozlaşdırılır.

“Sağlamlığımızı qorumaq və mümkün meşə yanğınlarının qarşısını almaq üçün hər zamankından daha ehtiyatlı davranmalıyıq”, - deyə Murat Kurum qeyd edib.

Xüsusilə, Diyarbakır vilayətində havanın temperaturunun 45 dərəcəyədək yüksələcəyi vurğulanıb.


MANŞET XƏBƏRLƏRİ