İsraildən XƏBƏRDARLIQ: Bu qırıcını Türkiyəyə satmayın!


İsrailin əsas müxalifətçi Gələcək Partiyasının lideri Yair Lapid Türkiyənin Yaxın Şərqin ən güclü donanmasına sahib olduğunu bəyan edərək, Ankaranın Böyük Britaniya və Almaniyadan Eurofighter Typhoon döyüş təyyarələri almasına mane olmağa çağırıb.

Turkustan.az xəbər verir ki, Lapid İngiltərə və Almaniyadan Eurofighter Typhoon döyüş təyyarələrinin alınması ilə bağlı Türkiyənin həyata keçirdiyi proseslə bağlı sosial media hesabından yazılı açıqlama verib.

Netanyahu hökumətini Türkiyənin Eurofighter qırıcı təyyarələrinin alınması ilə bağlı prosesə maneçilik törətməməkdə günahlandıran Lapid: “İsrailin xarici işlər nazirliyi və ya normal hökuməti fəaliyyət göstərsəydi, Almaniya və İngiltərə arasında Eurofighter Typhoon təyyarələrinin Türkiyəyə satışı ilə bağlı yeni razılaşmanı çoxdan əngəlləyərdi” şərhini verdi.

Lapid Türkiyənin Eurofighter qırıcı təyyarələri almasının İsrail üçün "təhlükəli" olacağını iddia edərək: "Türkiyə Yaxın Şərqin ən böyük və ən güclü dəniz donanmasına sahibdir və indi İsraillə hava paritetini əldə etməyi hədəfləyir. Bu təhlükəli bir vəziyyətdir və qeyri-funksional hökumətimiz bu razılaşmanın davam etməsinə icazə verdi və bununla bağlı heç nə etmədi" dedi.

Bildirək ki, Türkiyənin İngiltərə və Almaniya ilə Eurofighter döyüş təyyarələrinin alınması üçün danışıqları davam etdirdiyi və prosesin müsbət irəlilədiyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ