Xarici işlər naziri Hakan Fidan, İsrailin Suriyadakı qarşıdurmalarda roluna diqqət çəkərək bildirib ki, "Qonşuluğunda sabit bir ölkə görmək istəməyən İsrail Suriyanı parçalamağı hədəfləyir".
Turkustan.az xəbər verir ki, Hakan Fidan bu fikirləri Xarici İşlər Nazirliyində El Salvadorun xarici işlər naziri Alexandra Hill ilə keçirdiyi görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında səsləndirib.
İsrailin Suriyada qeyri-sabitlik yaratmaq niyyətində olduğunu vurğulayan Fidan deyib:
"Son bir həftədə baş verənləri hamımız yaxından izləyirik. Əvvəldən etibarən ölkənin cənubundakı prosesləri diqqətlə izləyirik. Hadisələr, İsrailin druzları qorumaq bəhanəsi ilə müdaxiləsi nəticəsində yeni bir mərhələyə qədəm qoydu. Son yeddi ay ərzində region ölkələri, Avropa dövlətləri və digər beynəlxalq aktorlar Suriyaya daha konstruktiv yanaşmanı dəstəkləyirdilər. Bu gedişat isə Suriyada sabitliyə doğru atılmış mühüm bir addım idi".
Aytən Yaşar/ Turkustan.az