Moskvada bir qrup azərbaycanlı saxlanıldı


Moskvada mindən çox miqrantın qanunsuz leqallaşdırılmasında şübhəli bilinən şəxslər saxlanılıb.

Turkustan.az fontanka.ru-ya istinadla xəbər verir ki,bu barədə Rusiya Milli Qvardiyasının mətbuat xidməti məlumat yayəb.

Saxlanılan şəxslərdən dördü mütəşəkkil cinayətkar dəstənin tərkibində qanunsuz fəaliyyətlə məşğul olub.

İstintaqın məlumatına görə, qrup üzvləri saxta miqrasiya kartları və miqrantların Rusiyada 90 günə qədər qalmasına imkan verən saxta iş icazələri hazırlayıblar. Bu fəaliyyətdən əldə edilən gəlir minimum 2 milyon rubl olaraq qiymətləndirilir.

Saxlanılanların hamısı 34-62 yaş arası Azərbaycan vətəndaşlarıdır. Axtarışlar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları saxta sənədlərin hazırlandığı 2 gizli laboratoriya aşkar edərək ləğv ediblər. Kompüterlər, möhürlər, məlumat bazaları, Mərkəzi Asiya ölkələri vətəndaşlarının pasportları və digər qanunsuz fəaliyyət sübutları götürülüb.

Faktla bağlı cinayət işi açılıb. /Yenisabah.az/


MANŞET XƏBƏRLƏRİ