“Ankaranın adamı” ölümdən belə xilas edildi – Türk kəşfiyyatçılarla bağlı ŞOK


“Ankaranın adamı” kimi tanınan Suriya Ərəb Respublikasının keçid dövrü prezidenti Əhməd Əl Şaraa son 7 ayda 3 dəfə sui-qəsd cəhdinə məhruz qalıb.

Turkustan.az xəbər verir ki, bu barədə ” Yedioth Ahronoth” məlumat yayıb.

İlk cəhdin mart ayında Şaraa Dəməşqdəki Xalq Sarayını tərk edərkən baş verdiyi iddia edilir. Məlumata görə, Əl Şaraanın mühafizəçilərinin bir qismi türklərdən ibarətdir. Sui-qəsd cəhdini ilk onlar öncədən sezib və qarşısını alıblar. Hadisəni törətmək istəyən şəxs saxlanılıb və sorğu-sual edilib. Lakin Şaraa nüfuzuna zərər gəlməməsi üçün hadisənin gizli saxlanılmasını istəyib.

İkinci, daha mürəkkəb cəhd Şəraanın Suriyanın cənubuna səfəri zamanı baş verib. Şübhəli hərəkət edən iki şəxs həm Suriya, həm də Türkiyə təhlükəsizlik qruplarının diqqətini çəkib. Pezidentin təhlükəsizlik işçisi çevik davranaraq kortejin istiqamətini dəyişib.

Ən təhlükəli cəhd isə Prezidentin Xalq Sarayından gedərkən tez-tez istifadə etdiyi yol boyu planlaşdırılan pusqu olub. Silahlı şəxs hücum etmək üçün yolda mövqe tutub, lakin cəhdin qarşısının necə alındığı ilə bağlı təfərrüatlar qeyri-müəyyən olaraq qalır. Bu hadisə Şaraanın qısa müddət sonra Dəməşqi tərk etmək barədə qəfil qərar verməsi ilə bağlı fərziyyələri artırıb.

Məlumata görə, Şaraanı qoruyan təhlükəsizlik qüvvələrinin daxilindəki türklər Milli Kəşfiyyat İdarəsinin üzvləridir./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ