Fransa hökuməti beynəlxalq medianın İsrailin hücumu altında hətta humanitar yardımın belə girməsinin əngəlləndiyi Qəzzaya buraxılmasını tələb edib.
Turkustan.az xəbər verir ki, Milli mətbuatda çıxan xəbərlərə görə, Fransanın xarici işlər naziri Jan-Noel Barrot rəsmi səfərdə olduğu Ukraynanın paytaxtı Kiyevdə açıqlama verib.
Fransız xəbər agentliyi AFP-nin Qəzzadakı işçilərini "davamsız həyat şəraitində" olduqları üçün təxliyə edəcəyi ilə bağlı açıqlamalarına toxunan Barrot: "Ümid edirəm ki, mətbuat işçilərindən bəziləri (Qəzzadan) yaxın həftələrdə evakuasiya edilə biləcəklər. Bunun üçün çox səy və enerji sərf edirik" dedi.
Barrot aclıq təhlükəsi ilə üzləşən bölgədə baş verənləri dünyaya çatdırmaq üçün “azad və müstəqil mətbuatın Qəzzaya buraxılmasını” tələb edib.
Aytən Yaşar/ Turkustan.az