“Çıraq" Humanitar və İnkişaf İctimai Birliyi növbəti görüşü Göygöl rayonunda keçirib


“Çıraq Humanitar və İnkişaf İctimai Birliyi” “İşğaldan azad olunmuş və ətraf rayonlarda mina və partlamamış hərbi sursatların təsirinin azaldılması” layihəsini uğurla davam etdirir.

Qeyd edək ki, adıçəkilən layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti 01.06.2025 – 31.08.2025-ci il tarixlərini əhatə edir.

Layihənin ideyasına üyğun olaraq təşkilat işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinə, Qarabağın və Şərqi Zəngəzurun sakinlərinin doğma yurdlarına qayıtmasına və bu yerlərin yenidən dirçəlməsinə həsr olunmuş “Böyük Qayıdış” Dövlət Proqramına dəstək amili kimi ərazidə insanların həyat və fəaliyyətinin təhlükəsiz şəraitdə davam etməsi üçün I və II Qarabağ müharibələrində hərbi əməliyyatlar meydanı olmuş və/və ya həmin hərbi əməliyyatlardan zərər çəkmiş Azərbaycan ərazilərində əhalinin partlayış təhlükəli əşyalar haqqında xəbərdarlığının artırılması məqsədilə görüşlər və təlimlər keçirir.

Növbəti görüş dəvət olduğumuz Göygöl rayonunda ANAMA-ın tədris mərkəzində baş tutub. Tədbirdə yeni mina təmizləyənlərin hazırlanması üçün təlim kurslarına cəlb edilmiş bir qrup gənclər iştirak edirdi. Görüşdə onlara mina təhlükəsizliyinə dair maarifləndirici bukletlər, məlumat və tövsiyələr verilib.

Bir 4 nəfər şəkili ola bilər

Bir 13 nəfər və bunu deyən yazı "damm comm.inelood foog" şəkili ola bilər


MANŞET XƏBƏRLƏRİ