Yaxın 2 günlə bağlı ƏHALİYƏ XƏBƏRDARLIQ


Günəş səthində müşahidə olunan koronal dəliklər Yerin maqnit mühitinə təsir göstərməyə hazırlaşır. Mütəxəssislər bildirirlər ki, 23 və 24 iyul tarixlərində zəif səviyyəli maqnit dalğalanmaları baş verə bilər.

Turkustan.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Günəş Astronomiyası Laboratoriyası "Telegram" səhifəsində məlumat yayıb.

Laboratoriyanın açıqlamasına görə, çərşənbə günü ərzində geomaqnit aktivliyində artım müşahidə olunacağı ehtimal edilir və bu aktivliyin pikində aşağı intensivlikli maqnit qasırğası qeydə alına bilər.


MANŞET XƏBƏRLƏRİ