“Biz sözün əsl mənasında dastan yazırıq”- Ərdoğandan qürurlu sözlər


Bu gün İstanbulda böyük ticarət sərgisi keçirilir.

Turkustan.az xəbər verir ki, Milli Müdafiə Nazirliyinin ev sahibliyi, Müdafiə Sənayesi Rəyasət Heyətinin dəstəyi, Türkiyə Silahlı Qüvvələri Vəqfinin rəhbərliyi və məsuliyyəti, KFA Fair Organization Inc.-nin təşkilatçılığı ilə İstanbul Sərgi Mərkəzində (IFM) 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF 2025) keçirilir.

Türkiyənin hərbi gücünü nümayiş etdirən sərgiyə prezident Rəcəb Tayyib Ərdoğan da qatılıb. Ərdoğanın çıxışından əvvəl Türkiyənin müdafiə sənayesinə investisiyaları nümayiş etdirən hərbi maşınlar nümayiş etdirilib.

Mərasimdə çıxış edən Ərdoğan müdafiə sənayesində yerli istehsalın əhəmiyyətini vurğulayaraq: "Müdafiə sənayemizdə yerli istehsal nisbəti 80 faizi keçib. 20 milyard dolları keçən dövriyyəmizlə müdafiə sənayemiz həqiqətən tarix yazır. Biz bütün ehtiyaclarımızı öz imkanlarımızla qarşılayırıq" deyib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ