Belçikada akkreditə olunmuş Konqo diplomatı Bolqarıstan-Türkiyə sərhədində 205,9 kq kokain keçirməyə cəhd edərkən saxlanılıb.
Turkustan.az xarici mediaya istinadla bildirir ki, narkotiklər beş çamadanda Belçika diplomatik nömrələri olan avtomobildə gizlədilib. Kapitan Andrevo keçid məntəqəsində yoxlama zamanı polis iti baqajı yoxlayıb. Avtomobildə 54 yaşlı Belçika vətəndaşı və Bolqarıstanlı sürücü də olub.
"Bu, ölkə tarixində sərhəddə ən böyük narkotik maddə müsadirəsidir", - idarədən bildirilib.Müsadirə edilən narkotik vasitələrin bazar dəyəri 20 milyon avro qiymətləndirilir.
Saxlanılan hər üç şəxs (40 yaşlı diplomat, qadın, sürücü) 20 ilə qədər həbs və 100 min avro məbləğində cərimə olunma riski ilə üzləşirlər. Kokain Latın Amerikasında istehsal edilib və Türkiyəyə tranzit üçün nəzərdə tutulub. /lent.az/