Daha bir rayonda ehsan ləğv edildi


Kürdəmir rayonunda yas məclislərində ehsan verilməsi yığışdırılıb.

Turkustan.az xəbər verir ki, bu barədə teleqraf.az-a Kürdəmir şəhər Cümə məscidinin imamı Aqil Əliyev məlumat verib.

Onun sözlərinə görə, ağsaqqallar və din xadimləri birlikdə belə bir qərara gəliblər.

"Artıq iki aydır ki, rayonumuzda yas məclislərində yemək verilmir. Yas məclisləri öz qaydasında təşkil olunur, halva və çay verilir, sadəcə yemək verilməsi yığışdırılıb", - deyə o bildirib.

Qeyd edək ki, 10 gün əvvəl Sabirabad şəhəri və kəndlərində də yas mərasimlərində dəbdəbəli ehsan verilməsi ləğv edilmişdi.


MANŞET XƏBƏRLƏRİ