Ukrayna ilə növbəti danışıqlarda möcüzə olmayacaq - Rusiyadan AÇIQLAMA


“Ukrayna ilə danışıqlardan möcüzə gözləməyə dəyməz”.

Turkustan.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov Ukrayna ilə aparılan danışıqların nəticələrindən danışaraq, əsir və cəsəd mübadiləsi razılaşmalarının belə uğur sayıldığını bildirib.

Moskvada jurnalistlərin suallarını cavablandıran Peskov Ukrayna böhranının həllinin mürəkkəbliyinə toxunaraq: “Biz maraqlarımızı təmin etmək və qarşıya qoyduğumuz məqsədlərə çatmaq istəyirik. Amma böhranın həllinə dair konkret proqnoz vermək mümkün deyil, çünki bir çox amildən asılıdır və bütün proqnozlarımız yanlış ola bilər” deyə, qeyd edib.

O, həmçinin Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Vladimir Zelenski arasında görüş ehtimalına münasibət bildirərək xatırladıb ki, “Zelenski Putinlə görüşü qadağan edib və bu qadağa hələ də qüvvədədir”.

Gələcək danışıqlar barədə danışan Peskov bildirib ki, bu həftə danışıqların keçirilməsi gözlənilir: “Hazır olanda məlumat verəcəyik. Mövzu kifayət qədər mürəkkəbdir, mübadilə etdiyimiz memorandum layihələri də müzakirəyə çıxarılacaq”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ