Ərdoğan və Starmer arasında telefon danışığı – gündəmdə "Eurofighter" və Qəzza


Prezident Ərdoğan İngiltərə baş naziri Starmer ilə telefonda Eurofighter satınalma prosesinin gedişatını müzakirə edib.

Turkustan.az xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar İdarəsi görüşlə bağlı açıqlama verib:

“Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan İngiltərə Baş naziri Key Starmer ilə telefon danışığı apardı.

Görüşdə Türkiyə ilə Böyük Britaniya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib, Eurofighter təyyarələrinin alınması ilə bağlı irəliləyişlər qiymətləndirilib. Bu inkişafın Türkiyə ilə Böyük Britaniya arasında əməkdaşlığa müsbət töhfə verəcəyi qeyd edilib.

Prezidentimiz Türkiyə ilə Böyük Britaniya arasında Azad Ticarət Sazişinin bu il yenilənməsi ilə bağlı aparılan danışıqlardan nəticə əldə etməyə ümid etdiklərini bildirdi.

Ərdoğan görüş zamanı Qəzzada humanitar vəziyyətin çox pis olduğunu, aclıqdan ölənlərin qarşısını almaq mümkün olmadığını, Qəzzaya ən qısa zamanda humanitar yardımların çatdırılması lazım olduğunu bildirib".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ