ABŞ Prezidenti Donald Tramp İsrailə 4 milyard dollarlıq yardımı dayandıracağını açıqlayıb.
Turkustan.az xəbər verir ki, “Fox News”a danışan Tramp İsrailə edilən yardımla bağlı fikirlərini bildirib.
Tramp İsrailə ayrılan 4 milyard dollarlıq yardımla bağlı deyib: "Biz artıq İsrailə pul verməyəcəyik".
Tramp bildirib ki, ilin sonuna qədər İsrailə yardımın dayandırılması barədə razılıq əldə edilib, lakin əlavə edib ki, ABŞ lazım gələrsə, İsrailə kömək etməyə davam edəcək.
Tramp İsrailin Baş naziri Binyamin Netanyahunun məsələni qaldırdığını söyləyərək, İsrailin inkişaf etmiş bir ölkə olduğunu və bu yardıma ehtiyacı olmadığını əlavə edib.
Aralıq seçkilərdən sonra İranla bağlı hansı tədbirlərin görüləcəyi ilə bağlı suala Tramp belə cavab verib: "Məqsədim çoxlu insan öldürmək deyil, amma məcbur olsaq, bunu etməli olacağıq. Amma niyyətim bu deyil".
Aytən Yaşar/ Turkustan.az