Əliyev 44 günlük müharibədən dərhal sonra… – Özdildən Türkiyəyə MESAJ


“Qarabağ müharibəsi 2020-ci il noyabrın 10-da Azərbaycanın Zəfəri ilə başa çatdı. Bu münasibətlə ölkədə 10 noyabrın Zəfər Günü elan edilməsi nəzərdə tutulmuşdu, lakin bayramın tarixi dəyişdirildi. Səbəb isə 10 noyabrın Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü olması idi”.

Turkustan.az xəbər verir ki, bunu türkiyəli tanınmış yazıçı-jurnalist Yılmaz Özdil deyib.

O bildirib ki, məhz Prezident İlham Əliyevin qərarı ilə Zəfər Gününün tarixi 8 noyabra keçirildi:

“Əslində, müharibə 10 noyabr tarixli üçtərəfli bəyanatla başa çatmışdı. Lakin Azərbaycan tərəfi Atatürkün xatirəsinə hörmət əlaməti olaraq Zəfər Gününün 8 noyabrda qeyd edilməsinə qərar verdi. Bu, qardaşlığa və Türkiyəyə göstərilən ehtirama nümunə idi.

İnsan belə bir qardaşla münasibətlərini korlayarmı?

Gəlin, bir qədər də keçmişə – Türkiyənin Milli Mübarizə dövrünə, işğal illərinə qayıdaq. Həmin vaxt Türkiyənin yanında kim dayanmışdı? Azərbaycan türkləri!

1919–1922-ci illərdə, Türkiyənin Qurtuluş müharibəsi dövründə Azərbaycandan Anadoluda aparılan mübarizəyə ciddi maddi yardım göstərilirdi. Bakıda ianə kampaniyaları təşkil olundu, Azərbaycan qəzetlərində əhaliyə müraciətlər dərc edilirdi. Türkiyəyə qatarlarla və vaqonlarla onlarla ton benzin, kerosin, xam neft göndərilirdi. Göndərilməsi mümkün olmayan neft satılır, əldə olunan vəsait isə Ankara hökumətinə çatdırılırdı.

Anadoluda müharibə nəticəsində valideynlərini itirmiş uşaqlara yardım məqsədilə qızıl ianələri də toplanırdı. Bu yardımlar Kazım Qarabəkir vasitəsilə Ankaraya göndərilirdi”./Globalinfo.az


MANŞET XƏBƏRLƏRİ