ABŞ-da seçki: Respublikaçılar bütün dünyanı belə aldatdı


ABŞ-da bu gün ara seçkilər baş tutur, demək olar ki, hamı, əsasən də dünyanın “mainstream” mediası demokratların böyük üstünlüklə həm Konqres, həm də Senatı qazanacaqlarını söyləyirlər.

/Turkustan.az/ xəbər verir ki, bu barədə ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.

“Nəticələr açıqlananda respublikaçıların üstün olması, və ya, normal, azacıq fərqlə məğlub olduqlarını görsək, şəxsən mən, heç təəccüblənmərəm. Bəli, Konqresi, çox güman, demokratlar qazanacaq, amma, Senatda başa-baş seçki görəcəyik. Məncə, respublikaçılar çox maraqlı “siyasi mühəndisliklə” məşğuldular – artıq 4-5 aydır ki, bütün xəbərlərdə, məlumatlarda demokratların üstünlüyü yazılır, asan qalib gələcəkləri deyilir. Bu, tam tərs effekt verə bilər – demokrat seçicilər arxayınlaşaraq seçkiyə daha az gedə, bunun əksinə respublikaçı seçicilər daha çox səfərbər ola bilərlər. Görək, maraqlı olacaq”, - deyə o qeyd edib. /Axar.az/


MANŞET XƏBƏRLƏRİ