İsraildə hakimiyyət uğrunda yeni mərhələ: Herzoq kimə şans verəcək?


İsrail Prezidenti İsaak Herzoq oktyabrın 27-də keçirilən seçkilərdən sonra yeni hökumətin qurulması ilə bağlı siyasi partiyalarla məsləhətləşmələrə başlayır.

Turkustan.az xəbər verir ki, İsrail Prezident Administrasiyasının yazılı açıqlamasına əsasən, Herzoq rəsmi seçki nəticələrini noyabrın 4-də, yerli vaxtla saat 12:00-da Mərkəzi Seçki Komitəsinin sədri Noam Sohlberqdən qəbul edəcək.

Nəticələrin açıqlanmasından sonra Herzoq və Sohlberq mətbuata bəyanatlarla çıxış edəcəklər. Prezidentin həmin gün axşam saatlarında siyasi partiyaların nümayəndələri ilə məsləhətləşmələrə başlayacağı bildirilir.

Proqrama əsasən Herzoq Dini Sionizm, Şas, İsrail Bizim Evimiz və Kimlik partiyalarının nümayəndə heyətləri ilə görüşəcək.

Cümə axşamı isə Birləşmiş Tövrat Yəhudiliyi, Demokratlar, Raam, Birgə Siyahı, Birlikdə, Yaşar və Likud partiyalarının nümayəndələri ilə məsləhətləşmələr aparacaq.

Görüşlər zamanı partiya nümayəndələrindən hökuməti qurmaq üçün kimə mandat verilməsini tövsiyə etdikləri və mümkün koalisiya variantlarını dəstəkləyib-dəstəkləmədikləri soruşulacaq.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ