Ukrayna Prezidenti Volodimir Zelenski noyabrın 3-də Berlində Almaniyanın Federal Kansleri Fridrix Merzlə görüşüb.
Turkustan.az xəbər verir ki, “Ukrinform”un Almaniyadakı müxbirinin məlumatına görə, Ukrayna lideri Federal Kanslerin ofisində hərbi ehtiramla qarşılanıb.
Zelenski ilə Merz arasında rəsmi görüş yerli vaxtla saat 12:30-da kanslerin iqamətgahının həyətində başlayıb. Qarşılama mərasimindən sonra tərəflər arasında təkbətək danışıqlar keçirilib. Daha sonra hər iki ölkənin nümayəndə heyətlərinin işçi nahar formatında görüşü nəzərdə tutulub.
Proqrama əsasən, saat 14:00-da Zelenski və Merzin birgə mətbuat konfransı keçirməsi planlaşdırılıb.
Günortadan sonra Ukrayna Prezidentinin Almaniya Prezidenti Frank-Valter Ştaynmayerlə də görüşü nəzərdə tutulub. Proqrama Zelenskinin Fəxri Qonaqlar Kitabını imzalaması, nümayəndə heyətlərinin təqdimatı və şam yeməyi zamanı danışıqların aparılması daxildir.
Aytən Yaşar/Turkustan.az