İran Trampı ölümlə təhdid edir: Tehranda diqqət çəkən pankart - FOTO


İranın paytaxtı Tehranda ABŞ Prezidenti Donald Trampı hədəf alan təhdid mesajının yer aldığı nəhəng banner nümayiş etdirilib.

Turkustan.az xəbər verir ki, Tehranın ən görkəmli məkanlarından biri olan İnqilab Meydanında asılmış bannerdə Tramp dəmir barmaqlıqlar arxasında təsvir olunub. Bannerin üzərində ingilis və fars dillərində “Biz Trampı öldürəcəyik” ifadəsi yazılıb.

Meydanın başqa bir hissəsində isə ABŞ Prezidenti Donald Tramp, onun Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff, ABŞ-ın vitse-prezidenti J.D. Vens və İsrailin Baş naziri Benyamin Netanyahunun təsvir olunduğu rəsm əsəri yerləşdirilib.

Rəsmdə adıçəkilən şəxslər yorğun və cırıq paltarlarda təsvir ediliblər.

İrandan Trampa qarşı ölüm təhdidi: Tehranda diqqət çəkən pankart.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ