Tusk: Moskva Polşada qarışıqlıq yaratmaq istəyir


Rusiya Polşada Konstitusiya Tribunalı ətrafında yaranmış siyasi böhrandan ölkədə sabitliyi pozmaq məqsədilə istifadə etməyə çalışır.

Turkustan.az xəbər verir ki, “Ukrinform”un məlumatına görə, bunu Polşanın Baş naziri Donald Tusk çərşənbə axşamı hökumətin iclasından əvvəl bildirib.

Tuskun sözlərinə görə, Polşada mövcud siyasi gərginlik Rusiyadan ölkəyə, Avropaya və xüsusilə Ukraynaya yönələn təhdidlərin artdığı bir dövrə təsadüf edir.

Baş nazir Rusiyanın və Rusiyayönlü siyasətçilərin Konstitusiya Tribunalı ətrafındakı vəziyyətdən istifadə edərək fəallıqlarını artırdıqlarını bildirib.

“Biz həm dünyada, həm də təəssüf ki, Polşada Rusiyanın və Rusiyayönlü siyasətçilərin Konstitusiya Tribunalını bu qüvvələrin, siyasətçilərin və onların təhrik etdiyi nümayişçilərin aqressiv davranışlarından qorumaq məsələsi ətrafında fəallaşdığını görürük”, – Tusk qeyd edib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ