ABŞ prezidenti Donald Tramp müsəlmanlar və yəhudilərlə bağlı mübahisəli fikirlər səsləndirib.
Turkustan.az xəbər verir ki, Tramp çıxışında keçmiş prezident Barak Obamanı da xatırladaraq onun müsəlmanlara münasibətdə fərqli mövqe tutduğunu iddia edib.
“Əgər xristian olsaydınız, ölkəyə girişinizə icazə verilməzdi. Müsəlman olsaydınız, Obama sizi ölkəyə buraxardı. Müsəlmanlarla birlikdə yəhudi xalqına qarşı nifrət də gəlir. Bu, yəhudi xalqına qarşı uzun illərdir davam edən nifrətdir”, – deyə Tramp bildirib./Musavat.com