İlham Əliyev BƏƏ-yə dəvət edildi


Azərbaycan Prezidenti İlham Əliyev BƏƏ-yə səfərə dəvət edilib.

Turkustan.az xəbər verir ki, dəvət məktubu yanvarın 9-da İlham Əliyevin Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, eləcə də “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul zamanı verilib.

Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar 2026-cı il üzrə "Zayed İnsan Qardaşlığı Mükafatı"nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin tədbirdə fəxri qonaq qismində iştirak üçün dəvət məktubunu Prezident İlham Əliyevə təqdim etməkdən şərəf hissi duyduqlarını vurğuladılar.


MANŞET XƏBƏRLƏRİ