Heqset: Bu gün İran daxilində ən şiddətli hücum günümüz olacaq


ABŞ-ın müdafiə naziri Pit Heqset ABŞ və İsrailin İrana qarşı hücumları ilə bağlı açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, “Bu gün yenə də İran daxilində ən şiddətli hücum günümüz olacaq”.

Müdafiə naziri Heqseth Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri, general Den Keyn ilə birlikdə keçirdiyi mətbuat konfransında ABŞ-ın İrana qarşı həyata keçirdiyi hücumları müzakirə edib.

Heqseth iddia edib ki, İran qonşuları və Körfəz bölgəsindəki keçmiş müttəfiqləri tərəfindən tərk edilib. Onun sözlərinə görə, “Hizbullah, Husilər və HƏMAS ya parçalanıb, ya zərərsizləşdirilib, ya da kənarda qalıb. İran tək qalıb”.

İrana qarşı əməliyyatlarda çox sayda qırıcı və bombardmançı təyyarənin istifadə olunacağını bildirən Heqseth əlavə edib: “Bu gün yenə də İran daxilində ən şiddətli hücum günümüz olacaq. Kəşfiyyat məlumatlarımız həmişəkindən daha yaxşıdır”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ