Bu ölkə də müharibədə öz tərəfini seçdi! O, yola düşür!


ABŞ və İsrailin İrana hücumları, eləcə də İranın cavab tədbirləri ilə bağlı hadisələr davam edərkən Avstraliyadan diqqətçəkən addım gəlib.

Turkustan.az xəbər verir ki, Avstraliyanın Baş naziri Entoni Albanese jurnalistlərə açıqlamasında bildirib ki, E-7A Wedgetail kəşfiyyat təyyarələri və onları dəstəkləyən müdafiə qüvvələrinin heyəti Körfəz üzərindəki hava məkanının qorunması və təhlükəsizliyinin təmin edilməsi məqsədilə ilkin olaraq dörd həftəlik müddətə bölgəyə yerləşdiriləcək.

Albanese həmçinin qeyd edib ki, Avstraliya Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) tələb əsasında qabaqcıl orta mənzilli hava-hava raketləri tədarük etməyi planlaşdırır.

Baş nazir bildirib ki, BƏƏ-də təxminən 24 min Avstraliya vətəndaşı yaşayır. O vurğulayıb ki, ABŞ və İsrailin hücumlarından sonra İran tərəfindən qisas olaraq buraxılan 1500-dən çox raket və pilotsuz uçuş aparatı zərərsizləşdirilib.

Albanese əlavə edib ki, Körfəz bölgəsinə kəşfiyyat təyyarəsi göndərilməsi qərarı BƏƏ Prezidenti Məhəmməd bin Zayed Əl Nəhyan ilə keçirilən görüşdən sonra qəbul olunub. Onun sözlərinə görə, hökumətin əsas prioriteti Avstraliya vətəndaşlarının təhlükəsizliyini təmin etməkdir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ