Bu ABŞ və İsrail üçün hər şey idi! İran onlara böyük ziyan vurdu


İran ordusu bölgədə ABŞ və İsrailə məxsus radar sistemlərinin əhəmiyyətli hissəsinin məhv edildiyini və bunun İsraildəki hədəflərə zərbə endirməyi daha asanlaşdırdığını bildirib.

Turkustan.az xəbər verir ki, İran mediasının yaydığı məlumatlara görə, İran Silahlı Qüvvələrinin nümayəndəsi Əkrəminiya bu barədə açıqlama verib.

O bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu müasir idarəetmə sistemləri və qabaqcıl texnologiyalardan istifadə edərək düşmən hədəflərinə dəqiq zərbələr endirir. Onun sözlərinə görə, həyata keçirilən əməliyyatlar düşmən mövqelərinin effektiv şəkildə hədəfə alınmasını təmin edir.

Əkrəminiya qeyd edib: “Düşmənin radar imkanlarının əhəmiyyətli bir hissəsi məhv edilib. Bu isə Hayfadakı hərbi bazalara zərbə endirməyi əvvəlkindən daha asanlaşdırıb”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ