İran 3 ölkəyə hipersəs raketlə zərbə endirdi


SEPAH üç növ ənənəvi raket və bir növ hipersəs raketdən istifadə edərək, ABŞ və İsrail hədəflərinə qarşı 34-cü zərbə dalğasını həyata keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda bildirilib.

“Bu zərbə dalğası Əbu-Dabi yaxınlığındakı Əl-Dəfra hava bazasında, eləcə də Bəhreyndə yerləşən Cuffair hava bazasında yerləşən Amerika əsgərlərini hədəf alıb. Bir neçə İsrail bazası, xüsusilə Ramat David hava bazası və Hayfanın mülki hava limanı da zərbələrə məruz qalıb. Təl-Əvivin şərqindəki Bney Brak ərazisində sionist ordusunun gizli raket buraxıcıları güclü İran raketləri ilə vurulub”, - bəyanatda qeyd edilib. /bakupost.az/


MANŞET XƏBƏRLƏRİ