ABŞ İranın Azərbaycana hücumunu PİSLƏDİ


ABŞ Dövlət Departamenti martın 5-də İranın Azərbaycana qarşı həyata keçirdiyi dron hücumunu qətiyyətlə pisləyib.

Turkustan.az xəbər verir ki, bu barədə qurumun yaydığı bəyanatda bildirilib.

Açıqlamada qeyd olunub ki, İran rejiminin həyata keçirdiyi səbəbsiz hücum Naxçıvan Beynəlxalq Hava Limanını və orta məktəbi hədəf alıb. Nəticədə mülki şəxslər yaralanıb, həmçinin mühüm mülki infrastruktur zərər görüb.

"Bu zərbələr Azərbaycanın suverenliyinin açıq şəkildə pozulması və İranın aqressiyasının əsassız eskalasiyasıdır. ABŞ tərəfi regiondakı tərəfdaşlarına qarşı hücumların qəbuledilməz olduğunu bildirib və Azərbaycanın yanında olduqlarını qeyd edib. ABŞ belə təhdidlərə qarşı tərəfdaşlarını qətiyyətlə dəstəkləyəcəyini vurğulayıb", - bəyanatda vurğulanıb. /Oxu.az/


MANŞET XƏBƏRLƏRİ