İrandan Azərbaycanla bağlı QƏRAR


İranın Müvəqqəti İdarəetmə Şurası qonşu ölkələrə hücum etməmək barədə qərar qəbul edib.

“Turkustan.az-ın məlumatına görə, qərarda qeyd edilir ki, qonşu ölkələr İrana hücum etməyəcəyi təqdirdə, onlara raket və pilotsuz təyyarələr atılmayacaq.

İran Prezidenti Məsud Pezeşkianın da qonşu ölkələrdən üzr istəməsi çox güman ki, bu qərardan irəli gəlir. Lakin İran tərəfinin bu vədinə əməl edəcəyi inandırıcı görünmür.

İlk növbədə ona görə ki, hazırda ağır müharibə davam edir və İran ABŞ-a və İsrailə cavab zərbələri endirməsi münaqişənin əhatə dairəsinin genişlənməsinə səbəb olur.

İkincisi, İranın ərəb ölkələrində yerləşən ABŞ hərbi bazalarına raket və dron hücumu etməsi Müvəqqəti İdarəetmə Şurasının qərarının həyata keçəcəyini şübhə altına alır.

Üçüncüsü, ali lider Ayətullah Seyid Əli Xameneyinin öldürülməsindən sonra hakimiyyətə nəzarət daha çox İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) keçib.

Pezeşkianın rəhbərlik etdiyi hökumət ciddi səlahiyyətə malik olmadığından ölkənin gələcəyi ilə bağlı mühüm qərarların qəbul edilməsi proseslərindəın kənarlaşdırılıb.

Azərbaycana dron hücumunun SEPAH tərəfindən təşkil edilməsi də bununla bağlıdır. Lakin Azərbaycana edilən dron hücumundan sonra İranın beynəlxalq etirazlarla üzləşməsi görünür, Müvəqqəti İdarəetmə Şurasını qonşu ölkələrə hücum etməmək barədə qərar qəbul etməyə vadar edib.

Bununla da rəsmi Tehran Azərbaycanla gərginliyin yaranmamasında maraqlı olduğuna dair mesaj verir. Əks təqdirdə, ağır durumda olan İran şimal sərhədlərində özünün yarada biləcəyi eskalasiyanın onun əleyhinə işləyəcəyini anlayır. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ