Livan və Suriya liderləri regional gərginliyi müzakirə etdi


Livan Prezidenti Cozef Aun və Suriya Prezidenti Əhməd Şara telefon danışığında regional hadisələri müzakirə edərək, iki ölkə arasında koordinasiyanın artırılmasının və sərhədlərinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini vurğulayıblar.

Turkustan.az xəbər verir ki, Livan Prezident Aparatının açıqlamasına görə, Aun və Şara telefon danışığı zamanı regiondakı son hadisələri müzakirə ediblər və mövcud həssas vəziyyətin iki ölkə arasında əlaqələndirmə və məsləhətləşmələrin artırılmasını zəruri etdiyini qeyd ediblər.
Avn və Şara "xüsusilə sərhədlərin təhlükəsizliyinin təmin edilməsinin və hər hansı bir tərəfdən təhlükəsizlik pozuntularının qarşısının alınmasının" vacibliyini vurğuladılar.

Bu arada, Suriya ordusu bildirib ki, Hizbullah gecə saatlarında Livan ərazisindən Dəməşqin cənub-qərbindəki Serqaya şəhəri ətrafındakı Suriya ordusunun mövqelərinə artilleriya hücumları həyata keçirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ