İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin ölkəsinə hücumlarından sonra "amerikalılarla danışıqlar məsələsinin yenidən masada olacağını düşünmədiyini" bildirib.
Turkustan.az xəbər verir ki, Amerikanın PBS kanalının "News Hour" proqramında çıxış edən nazir Arakçi Vaşinqton administrasiyası ilə yeni danışıqların mümkünlüyünü və İrandakı yeni liderdən nələrin gözlənildiyini müzakirə edib.
Arakçi qeyd edib ki, fevral ayında Tehran və Vaşinqton rəsmiləri arasında aparılan danışıqlar zamanı onlar "amerikalıların hücum etmək niyyəti olmadığını" desələr də, ABŞ yenə də onun ölkəsinə hücum edib.
İranın yeni seçilmiş lideri Müctəba Xameneinin ABŞ ilə mümkün yeni danışıqlar barədə hələ şərh verməməsi ilə bağlı suala Arakçi "Hələ tezdir" cavabını verib.
Aytən Yaşar/ Turkustan.az