Dünya həyəcan içində: İran Hörmüz boğazına mina döşəməyə hazırlaşır


Qlobal enerji təhlükəsizliyinin mərkəzində dayanan Hörmüz boğazında gərginlik ən pik həddə çatıb.

Turkustan.az xəbər verir ki, ABŞ kəşfiyyatı və CBS telekanalının yaydığı son məlumatlara görə, İran silahlı qüvvələri dünyanın ən mühüm neft keçidlərindən biri olan Hörmüz boğazına dəniz minaları döşəmək üçün ciddi hazırlıqlara başlayıb.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) tərəfindən izlənilən hərbi hərəkətlilik Tehranın ticarət gəmilərinin hərəkətini iflic etmək niyyətində olduğunu göstərir. Son bir neçə gün ərzində bölgədə tanker trafikinin 80% azaldığı və bir neçə ticarət gəmisinin hücuma məruz qaldığı bildirilir. İran rəsmiləri rəsmi olaraq boğazın bağlandığını elan etməsələr də, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçiləri istənilən gəminin hədəfə alına biləcəyi ilə bağlı kəskin xəbərdarlıqlar ediblər. Vaşinqton isə cavab olaraq İranın dəniz infrastrukturunu və mina döşəmə qabiliyyətini məhv etmək üçün "Operation Epic Fury" (Epik Qəzəb Əməliyyatı) çərçivəsində hərbi hava zərbələrini artırıb. Analitiklər xəbərdarlıq edirlər ki, boğazın minalanması dünya iqtisadiyyatına bərpaolunmaz zərbə vura bilər, çünki bu marşrut qlobal dəniz neft ticarətinin təxminən 20%-ni təmin edir. Hazırda ABŞ hərbi gəmiləri regionda mina təmizləmə və patrul xidmətini gücləndirib, lakin gizli yollarla döşənən minaların yaratdığı risk beynəlxalq sığorta şirkətlərinin bölgədəki gəmilərə xidməti dayandırmasına səbəb olub. /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ