İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İranı məhv etmək istəyənlər tarixdən heç nə öyrənməyiblər.
Turkustan.az xəbər verir ki, Pezeşkian sosial media hesabında paylaşım edərək İranın qədim sivilizasiyaya sahib olduğunu vurğulayıb.
“İran ən azı 6 min illik sivilizasiyanın varisidir. Tarixin çətin sınaqlarından keçən bu adı heç bir güc silə bilməyib. İranı məhv etmək arzusunda olanlar tarixdən heç nə öyrənməyiblər. Təcavüzkarlar gəlib-gediblər, lakin İran həmişə ayaqda qalıb”, – deyə Pezeşkian qeyd edib.
Bir gün əvvəl ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdəki münaqişələrin əsasən başa çatdığını bildirmişdi. Lakin onun İrana qarşı yeni təhdidi bölgədə gərginliyin tam səngimədiyini və tərəflər arasında hərbi risklərin davam etdiyini göstərir.
Ekspertlər hesab edir ki, ABŞ və İran arasında Hörmüz boğazı ətrafında mümkün qarşıdurma təkcə regional təhlükəsizliyə deyil, həm də qlobal enerji bazarlarına birbaşa təsir göstərə bilər.
Aytən Yaşar/ Turkustan.az