ABŞ mediası: İran müharibədə yalnız bir yolla qalib gələ bilər


ABŞ və İran arasındakı gərginlik qlobal bazarlarda neft qiymətlərinin sürətlə artmasına səbəb olub.

Turkustan.az xəbər verir ki, "Wall Street Journal" qəzetində dərc olunan təhlilə görə, İranın Hörmüz boğazını bağlamaq təhdidi və cavab tədbirləri Prezident Trampın hərbi seçimlərini məhdudlaşdırır.

ABŞ administrasiyası enerji qiymətlərinin artmasının daxili iqtisadiyyata və seçki prosesinə zərər verəcəyindən narahatdır. Təhlildə vurğulanır ki, İran müharibəni qazanmaq üçün hərbi gücə malik olmasa da, ABŞ iqtisadi təzyiq səbəbindən əməliyyatları dayandırsa, Tehran strateji qələbə qazanacaq.

Əgər neft qiymətlərinin artması Vaşinqtonu geri çəkilməyə məcbur edərsə, İranın qalib gələrək regional təsirini artıracağı və "müqavimət" ölkəsi imicini gücləndirəcəyi gözlənilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ