2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı


2025-ci ildə yüksək səviyyəli intensiv ikitərəfli danışıqlar, eləcə də 8 avqustda ABŞ Prezidenti Donald Trampın fəal iştirakı ilə əldə edilmiş Vaşinqton Bəyannaməsinin və Sülhün Yaradılması və Dövlətlərarası Münasibətlər haqqında Sazişin imzalanması nəticəsində hərbi eskalasiya ehtimalı əhəmiyyətli dərəcədə azalıb, sülh yolu ilə həll ehtimalı isə artıb.

Turkustan.az xəbər verir ki, bu barədə Ermənistan Xarici Kəşfiyyat Xidmətinin 2026-cı ildə Ermənistanın xarici riskləri haqqında hesabatında deyilir.

“Yuxarıda qeyd olunan və əlaqəli proseslərin və məlumatların hərtərəfli təhlili nəticəsində Ermənistanla Azərbaycan arasında hərbi-siyasi niyyətlərdən irəli gələn müxtəlif miqyaslı hərbi eskalasiyanın 2026-cı ildə baş verməsi demək olar ki, mümkün deyil. Həmçinin hərbi-siyasi niyyətlərdən irəli gəlməyən lokal hərəkətlərin və ya insidentlərin baş verməsi ehtimalının çox aşağı olduğunu hesab edirik.

2026-cı ildə Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası proseslərində, ikitərəfli ticarət-iqtisadi təşəbbüslərdə və sosiomədəniyyətlərarası dialoqda daha da irəliləyiş ehtimalı var. Əgər regional infrastruktur blokdan çıxarılarsa, artıq davam edən proseslərdə də irəliləyişlər qeydə alınacaq.

Eyni zamanda, əlaqə prosesləri hesabına regionumuzda təsir göstərmək və maraqlarını gücləndirmək istəyən dövlətlərin zərərli hərəkətlərinin riskləri 2026-cı ildə artacaq”, - hesabatda bildirilib. /axar.az/


MANŞET XƏBƏRLƏRİ