Spiker deputata irad tutdu: Sizin sözünüzdən elə çıxır ki...


“Biz "qara qızıl"ımızı kapitala çevirməyi məqsəd qoymuşuq. Bunun üçün elm və təhsilə diqqət ayırmalıyıq. Kim elm və təhsildən uzun müddət sonra nəsə gözləyirsə, düşməndir”.

Turkustan.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deputat Etibar Əliyev deyib.

“Ölkədə kölgə təhsili, repititorluq artıb. Hər valideynin övladına xərclədiyi pul dövlətin bir neçə şagirdə xərclədiyindən daha çoxdur. Şagirdlərin dərsdən yayınması gələcəkdə fəsadlara gətirib çıxaracaq. Bir çox abituriyent 0-50 bal yığır, bu, savadsızlıqdır. Həl il artan büdcədən ayrılan təhsil beləmi olmalıdır?

Milli Məclisin sədri Sahibə Qafarova deputata cavab verib:

“Etibar bəy, sizin sözünüzdən elə çıxır ki, ölkədə heç təhsil yoxdur. Özünüz təhsildən gələn şəxsiniz. Bilirisiniz ki, təhsildə aparılan islahatlar bir, iki ilə nəticə vermir. Bunun üçün ən azı 6,7 il lazımdır. Yenə də bildirirəm ki, ən azı. Reqlament olaraq 10 dəqiqə müəyyənləşdirmişik, yaxşı ki, 15 dəqiqə deyil. Heç olmasa, təhsildə olan uğurlardan, açılan məktəbləblərdən danışardınız.”. (modern.az)


MANŞET XƏBƏRLƏRİ