Milli Məclisin sədri Sahibə Qafarova Milli Məclisin növbədənkənar sessiyanın çağırılması haqqında sərəncam imzalayıb.
Bu barədə Turkustan.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə, Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova 82 deputatın tələbi ilə Azərbaycan Respublikası Konstitusiyasının 88-ci maddəsinin II hissəsinə əsasən, 2026-cı il iyunun 1-dən Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.