ABŞ-dan Tayvana rekord məbləğ: 10 milyard dollardan çox silah satır


ABŞ Tayvana raketlər və pilotsuz uçuş aparatları (PUA) da daxil olmaqla 10 milyard dollardan çox dəyərində silah satışı paketi elan edib.

Turkustan.az xəbər verir ki, Xarici İşlər Nazirliyi Tayvana silah satışını Trampın "Birliyin Vəziyyəti" adlı çıxışı zamanı elan etdi.

Müvafiq olaraq, paketə 82 HIMARS raket sistemi, 420 Yerüstü Taktiki Raket Sistemi (ATACMS), 60 Haubitsa sistemi və əlaqəli avadanlıqlar, eləcə də PUA daxildir.

Dəyəri 10 milyard dollardan çox olan paketə hərbi proqram təminatı, Javelin və TOW raketləri, helikopter ehtiyat hissələri və Harpoon raketləri üçün təmir dəstləri də daxildir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ