Maduro Trampın neft tankerlərinin qarşısını almaq əmrinə cavab verdi


Trampın sanksiyalara məruz qalan bütün Venesuela neft tankerlərinin qarşısını almaq əmri ilə bağlı Maduro açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib: "Əsl niyyət aydın oldu: məqsəd suverenliyi təslim etmək və kukla hökumət qurmaq üçün rejim dəyişikliyidir".

Venesuela prezidenti Nikolas Maduro Karakasdakı Miraflores Prezident Sarayında çıxış edərək ABŞ prezidenti Donald Trampın ölkəsini hədəf alan açıqlamalarına toxunub və neft ticarəti ilə bağlı fikirlərini bildirib.

O, Amerika xalqının böyük əksəriyyətinin Venesuelaya mümkün müdaxiləyə qarşı olduğunu bir daha təkrarlayaraq dedi: "Biz öz ölkəmizin torpağındayıq, öz qanunlarımız və hüquqlarımız var. Biz bu münbit torpağı və uşaqlarımızın gələcəyini təmin etməyə çalışırıq. Biz müharibəyə yox dedik".

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ