Azərbaycanda qoşulub qaçan cütlük ot tayasından tapıldı


Sabirabad rayonunda 17 yaşlı oğlanın yeniyetmə qızı qaçırmasının təfərrüatı məlum olub.

Məlumata görə, Cavad kənd sakini olan 17 yaşlı oğlan 2011-ci il təvəllüdlü qızla sosial şəbəkədə tanış olublar. Bir müddət yazışandan sonra ailə qurmaq qərarına gəliblər. Bu məqsədlə oğlan digər kənddə yaşayan 15 yaşlı qızı qaçırıb, amma öz evlərinə gətirməyib.

Onlar kənd ərazisindəki sahibi Rusiyada yaşayan boş evə gələrək orada gizlənmək istəyiblər. Lakin evin qapısı bağlı olduğundan içəri girə bilməyiblər. Çarəsiz qalan cütlük həyətdəki köhnə ot tayasında özlərinə yer edib, orada gizləniblər.

Dünən axşam saatlarında polis əməkdaşlarının keçirdikləri əməliyyatla qız və oğlan ot tayasında aşkarlanıblar. Onlarla profilaktik söhbət aparılıb və ailələrinə təhvil veriliblər.

15:33

Sabirabad rayonunda evlənmək məqsədi ilə 17 yaşlı oğlan tərəfindən qaçırılan 15 yaşlı qız tapılıb.

Oxu.az-ın əldə etdiyi məlumata görə, onların kənd ərazisində gizləndikləri yer müəyyən edilib. Gənc oğlan və yeniyetmə qız polis tərəfindən aşkarlanaraq ailələrinə təhvil veriliblər.


MANŞET XƏBƏRLƏRİ