ABŞ Prezidenti Donald Trampın administrasiyası illərdir gizli saxlanılan bəzi məxfi sənədləri ictimaiyyətə açıqlayıb.
Turkustan.az xəbər verir ki, "Böyükayaqlılar sənədləri" (Bigfoot files) adlandırılan bu materiallarda meşələrdə sürətlə hərəkət edən və qeyri-adi dərəcədə böyük ayaq izləri qoyan sirli, tüklü məxluqla bağlı qeydlər yer alıb.
Qeyd edək ki, "Bigfoot"un (Böyükayaqlı) ən məşhur görüntüsü 1967-ci ildə Rocer Patterson və Robert Gimlin tərəfindən lentə alınıb. Şimali Kaliforniyanın Blaf-Krik (Bluff Creek) ərazisində sənədli film çəkən tədqiqatçılar sözügedən məxluqun yavaş-yavaş uzaqlaşmasını əks etdirən təxminən 60 saniyəlik video qeydə almışdılar. İllər sonra ABŞ hökumətinin bu məxfi sənədləri dərc etməsi ilə "Bigfoot" əfsanəsi yenidən gündəmə gəlib.
Tramp administrasiyasının yayımladığı fayllar arasında "Yuta canavarları" (və ya Skinwalker rançosu) araşdırması kimi tanınan hadisəyə dair məlumatlar da var. Sözügedən tədqiqat 2010-cu ilin yazında ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə "Bigelow Aerospace Advanced Space Studies" şirkəti tərəfindən aparılıb. 60 səhifəlik hesabat Yuta ştatının şimal-şərqindəki Uinta (Uintah) qraflığında yerləşən kiçik Fort-Duşesn (Fort Duchesne) yaşayış məntəqəsinə ezam olunmuş dörd nəfərlik xüsusi qrup tərəfindən hazırlanıb.

Aytən Yaşar/ Turkustan.az