ABŞ Prezidenti Donald Tramp Çinə casusluqda ittiham olunan qadınla münasibətdə olduğu iddialarından sonra vəzifəsindən istefa verdiyi bildirilən Nvidia şirkətinin keçmiş baş direktoru Jensen Huangın müdafiəsinə qalxıb.
Turkustan.az xəbər verir ki, Tramp ona “ikinci şans” verilməsinin vacibliyini vurğulayıb.
Prezident Asiya turundan sonra Ağ Evdə keçirilən mətbuat konfransında gündəmdəki məsələlərlə bağlı sualları cavablandırıb.
Çinlə aparılan danışıqlardan sonra bu ölkəyə çip ixracına qoyulan məhdudiyyətləri yumşaltmağı düşünüb-düşünmədiyi barədə suala cavab verən Tramp yalnız köhnə nəsil çiplərin satışına icazə vermək istədiklərini bildirib.
O, Çinin də çip istehsal etdiyini xatırladaraq, ABŞ-ın bu ölkəyə satışları dayandıracağı təqdirdə Pekinin öz istehsalını genişləndirəcəyini deyib.
Tramp Nvidia şirkətinin ən yeni nəsil Blackwell çiplərinin Çinə və digər ölkələrə satışını istəmədiklərini vurğulayıb. Onun sözlərinə görə, Blackwell çipləri iki il ərzində köhnəlmiş texnologiyaya çevriləcək və bundan sonra əvvəlki əhəmiyyətini itirəcək.
Aytən Yaşar/ Turkustan.az