Avstraliyalı millət vəkili parlament kürsüsündə evlilik təklifi etdi


Avstraliyanın Yeni Cənubi Uels ştatından olan deputat Cordan Leyn parlamentdəki vida nitqi zamanı sevgilisinə evlilik təklifi edərək hər kəsi təəccübləndirib.

Turkustan.az xəbər verir ki, hadisə Yeni Cənubi Uels Ştat Assambleyasının iclas zalında baş verib.

Rayd seçki dairəsini təmsil edən 32 yaşlı Liberal Partiyasının deputatı parlamentdəki son çıxışı zamanı pencəyinin cibindən üzük qutusu çıxararaq uzun müddətdir birlikdə olduğu sevgilisi Nataliyə evlilik təklif edib.

Leyn çıxışını bu sözlərlə yekunlaşdırıb:

“Cənab prezident, Rayddan millət vəkili kimi son sualım böyük sevgilim Nataliyədir. Mənimlə evlənərsənmi?”

Bu an parlament zalında alqışlarla qarşılanıb. Natali təklifi qəbul etdikdən sonra deputat zarafatla rəsmi parlament protokolunda sevgilisinin “hə” cavabının qeyd olunmasını istəyib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ