ABŞ Prezidenti Donald Tramp İranla Tehranın nüvə silahı əldə etmək imkanını həmişəlik aradan qaldıracaq razılaşma imzalamaq niyyətində olduğunu açıqlayıb.
Turkustan.az xəbər verir ki, Tramp bu barədə “Fox News” telekanalının efirində danışıb.
ABŞ Prezidenti bildirib ki, İranla bağlanacaq razılaşma Vaşinqtonda gələcəkdə kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq qüvvədə qalmalıdır.
“Onlar (İran) razılaşma imzalayırlar, ertəsi gün isə onu pozurlar. Buna görə də mən elə edəcəyəm ki, hətta dörd, 15 və ya 20 ildən sonra bizim səriştəsiz prezidentimiz olsa belə, mənim bağladığım razılaşma daimi olsun. Mən heç kimə onların nüvə silahı əldə etməsinə imkan yaratmağa icazə verməyəcəyəm”, – Tramp vurğulayıb./Musavat.com