Putinin silah köçürdüyü Krım körpüsü yerində qalmayacaq - Zelenski


"Rusiya Prezidenti Vladimir Putin Kerç körpüsündən müvəqqəti işğal olunmuş Ukrayna ərazilərinə çoxlu sayda hərbi texnika daşımaq üçün istifadə edir. Buna görə də körpü yerində qalmayacaq”.

Turkustan.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NBC News telekanalına müsahibəsində bildirib.

Jurnalistin Krım körpüsünün Putinin Krımın əbədi olaraq Rusiyanın bir hissəsi qalacağını nümayiş etdirmək məqsədilə tikdiyi barədə fikrinə münasibət bildirən Zelenski Rusiya liderinin bu cür bəyanatlarına əhəmiyyət verməməyi tövsiyə edib.

“Putinin bizim torpağımız və Krım haqqında nə deməsinin əhəmiyyəti yoxdur. Bu, bizim torpağımızdır. Müvəqqəti olaraq işğal olunub. Bu, Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə tamamilə etinasızlığı nümayiş etdirir. O, 2014-cü ildən sonra məhz belə hərəkət etməyə başlayıb”, – deyə Ukrayna Prezidenti bildirib.

Aytən Yaşar/Turkustan.az


MANŞET XƏBƏRLƏRİ