Xalq artisti Emin Ağalarovun atası, iş adamı Araz Ağalarov yeni həyat yoldaşı Alyona ilə ilk dəfə obyektiv qarşısına keçib.
Ağalarov həyat yoldaşının yeni brendinin ilk mağazasının açılışına qatılıb. Mağaza iş adamının sahibi olduğu ticarət mərkəzində fəaliyyətə başlayıb.
Açılış mərasimində Araz Ağalarov obyektivlər qarşısına keçərək jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, Araz Ağalarovun birinci həyat yoldaşı İrina Ağalarova ilə boşanması barədə xəbərlər bu ilin yayında mediada yayılıb. İş adamının Alyona ilə evliliyindən iki övladının olduğu bildirilir./Axşam.az/