Türkiyəli repçi Asya Əlizadə ilə oxuduğu mahnıya görə cəzalandırıldı


Asya Əlizadə ilə birlikdə ifa etdiyi mahnının sözləri “Lvbel C5” kimi tanınan türkiyəli reper Süleyman Burakın başına bəla olub.

Turkustan.az xəbər verir ki, “Lvbel C5” səhnə adı ilə tanınan Süleyman Burak Bodur mahnının sözlərinə görə başladılan istintaq çərçivəsində saxlanılıb.

İfadəsi alındıqdan sonra prokurorluq Boduru həbs olunması tələbi ilə məhkəməyə göndərmişdi. Lakin hakim həbs tələbini rədd edərək onun barəsində məhkəmə nəzarəti tədbirləri seçib.

Qərara əsasən, reperə ölkədən çıxış qadağası qoyulub, müəyyən günlərdə imza atmaq öhdəliyi və Türk ədəbiyyatı üzrə təhsildə iştirak etmək şərti tətbiq edilib.

Prokurorluqda ifadə verən Bodur CİMER vasitəsilə şikayətlərin edildiyini öyrəndikdən sonra sözügedən mahnını bütün rəqəmsal platformalardan sildiyini bildirib.

Mahnıdakı zorakılıq məzmunlu ifadələrlə bağlı suala isə belə cavab verib:

“Mah­nı sözlərini xəyal quraraq yazıram. Bu sözlərdə xüsusi bir məqsədim yoxdur. Söhbət zorakılıqdan getmir, bunlar tamamilə gənclərə ünvanlanmış xəyali ifadələrdir”.

Bodur mahnıda mübahisəyə səbəb olan digər hissələrin duet ortağı azərbaycanlı Asya Əlizadəyə aid olduğunu iddia edərək ona qarşı irəli sürülən ittihamları rədd edib./modern.az


MANŞET XƏBƏRLƏRİ